Qafqaz Universiteti Türkiyəyə verilir

Xəbərin çap versiyası
Tarix: 10-01-2017, 17:32    |    Xəbər oxunub: 227 dəfə
Qafqaz Universiteti Türkiyəyə verilir Türkiyə 50 ölkədə FETÖ-yə məxsus olmuş məktəbləri və universitetləri almaq istəyir.

Bu barədə Türkiyə Maarif Vəqfinin rəhbəri Cem Zorlu deyib. Onun sözlərinə görə, Türkiyə bu tədris ocaqlarında yeni tədris planı tətbiq etmək niyyətindədir: “Hazırda həmin tədris ocaqlarının bizim vəqfimizə verilməsi üçün təhvil-təslim işləri aparılır. Bundan sonra tədris planında əhəmiyyətli dəyişikliklər olacaq. Ümumilikdə 50-yə yaxın ölkədə FETÖ-nün olmuş tədris ocaqlarını vəqfimizə qatmaq və yeni tədris planı tətbiq etməyi planlaşdırırıq”.
C.Zorlu qeyd edib ki, alınacaq məktəblərdə tədris əsasən türk dilində aparılacaq. “FETÖ Afrikadakı ölkələrdəki məktəblərdə fransızca, digər bölgələrdə isə ingilis dilində aparırdı. Biz bütün məktəblərdə türk dilində tədris aparacağıq. Həmçinin, ikinci köməkçi dil də tədris olunacaq”, – deyə o bildirib.

C.Zorlu bildirib ki, hazırda FETÖ-nün olmuş tədris ocaqları ilə bağlı müxtəlif ölkələrlə danışıqlar aparılır. “Keniyada məktəbləri aldıq. Çad, Somali, Sudan, Seneqal, Qabon, və Nigeriya hökumətləri ilə razılaşma imzaladıq. Azərbaycan, İndoneziya, Moldova, Avstraliya, Şimali Kipr Türk Cümhuriyyəti, İraq, Şimali İraq, Uqanda, Pakistan, Əfqanıstan, Bosniya-Hersoqovina, Tailand, Albaniya və Kamboca ilə danışıqlar aparılır. Bu ölkələrdə də müsbət nəticələr əldə edəcəyimizə inanırıq”, – deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanda Qafqaz Universitetinin FETÖ-yə bağlı olduğu deyilirdi. C.Zorlu konkret bu tədris ocağının adını açıqlamasa da, Türkiyə Maarif Vəqfinin Qafqaz Universitetini də almaq istədiyi gözləniləndir. (publika.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Nyu-Yorkda Məmmədyarov-Nalbandyan görüşü başlayıb

Nyu-Yorkda Məmmədyarov-Nalbandyan görüşü başlayıb

İstanbulda İŞİD əməliyyatı:

İstanbulda İŞİD əməliyyatı: 30-dan çox əcnəbi tutulub

"Bank of Baku" müştərini belə soyur- FOTOFAKT

Hərbçi güləşçimiz ermənini məğlub edərək medal aldı

Hərbçi güləşçimiz ermənini məğlub edərək medal aldı

Artur Rasizadəyə ağır itki

Artur Rasizadəyə ağır itki

Vəkil:

Vəkil: “Leyla Şıxlinskaya istintaqa təsir göstərir”

Azərbaycan yenidən Gürcüstana helikopter göndərdi

Azərbaycan yenidən Gürcüstana helikopter göndərdi

Binəli Yıldırım: “Referendum qərarı verənlər bunun əvəzini ödəyəcək”

Binəli Yıldırım: “Referendum qərarı verənlər bunun əvəzini ödəyəcək”

Qənirə Paşayeva Türkiyədə Qazilər Günündə çıxış edərək QHT və KİV-lərə çağırış edib-

Qənirə Paşayeva Türkiyədə Qazilər Günündə çıxış edərək QHT və KİV-lərə çağırış edib- VİDEO+FOTOLAR

OPEC-in baş katibi Azərbaycanı təriflədi

OPEC-in baş katibi Azərbaycanı təriflədi

Bakıda şirkətdən 270 min manata yaxın pul oğurlandı

Bakıda şirkətdən 270 min manata yaxın pul oğurlandı

Ərdoğan İrana gedir

Ərdoğan İrana gedir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur