Trampı Moskvada qızlarla çəkiblər?


Bu gün eyni vaxtda bir neçə Amerika KİV-ləri Rusiyanın bu ölkədə seçki kampaniyasına Donald Trampın xeyrinə müdaxilə etməsi barədə kəşfiyyat hesabatında yer almış qalmaqallı məlumat barədə yazıb.

Ötən həftə Federal Təhqiqatlar Bürosu, Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Kəşfiyyat Agentliyinin direktorları prezident Obamaya və yeni seçilmiş prezident Donald Trampa həmin hesabata əlavə olaraq iki səhifəlik sənəd də təqdim ediblər. Həmin sənəddə deyilir ki, Moskvanın əlində Trampın şəxsi həyatı və maliyyə sövdələşmələri haqda kompromatların olduğuna dair məlumatlar var.

“The Washington Post” belə məlumatın olduğunu təsdiq edir, eyni zamanda Amerika rəsmilərinə istinadən qeyd edir ki, xüsusi xidmət orqanları hələ həmin sənədin mötbərliliyini təsdiq etmirlər. CNN isə bildirir ki, xüsusi xidmət orqanları həmin sənədi Trampa onun barəsində dolaşan şaiyələr barədə məlumatlandırmaq üçün veriblər.

Həmin sənəddə deyilir ki, Rusiya kəşfiyyatı Trampın qərargahına öz agentini yerləşdirib. Habelə sənəddə Donald Trampın 2013-cü ildə Moskvaya səfəri zamanı oteldə seks görüntülərinin çəkildiyi və bundan gələcək Amerika prezidentinə qarşı kompromat kimi istifadə olunduğu göstərilir. “BuzzFeed” saytı həmin sənədin PDF formatını yayıb. Orada deyilir ki, Tramp “Dünya gözəli” müsabiqəsini keçirmək üçün Moskvada olanda qaldığı otelə fahişələri dəvət edib və onlarla əylənib. Və Rusiya kəşfiyyatı əvvəlcədən Trampın qaldığı otaqda mikrofon və gizli kameralar yerləşdirmişdi.

Qeyd etmək lazımdır ki, bu məlumat seçki kampaniyası zamanı “Mother Jones” adlı kommersiya nəşri dərc etmişdi. Tramp özü isə haqqında yayılan xəbərləri “feyk” adlandırır. (virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu