MTN-in daha bir generalına cinayət işi açıldı

Xəbərin çap versiyası
Tarix: 11-01-2017, 14:31    |    Xəbər oxunub: 269 dəfə
MTN-in daha bir generalına cinayət işi açıldı Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyev “MTN işi” üzrə istintaqda dindirilib.

M.Şıxəliyev keçmiş işçisi Vüsal Ələkbərovun cinayət işi üzrə şahid qismində dindirilsə də, özü barəsində olan cinayət işi ayrıca icraata verilib və xüsusi araşdırma aparılır.

Mövlam Şıxəliyev ifadəsində bildirib ki, 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsində xidmətə başlayıb: “2007-2007-ci illərdə həmin idarənin 1-ci şöbəsinin rəisi, 2007-2008-ci illərdə Baş İdarəsinin rəis müavini, 2008-ci ildən 2015-ci ilədək rəis vəzifəsində işləmişəm. Tabeçiliyimdə rəis müavini Təhsin Ağayev, İbtidai İstintaq İdarəsinin rəisi Yasim Məmmədov, onun müavini Nadir Mustafayev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, onun müavini Vüqar Əliyev, 3-cü şöbənin rəisi Mahir Qasımov, onun müavini Samir Əliyev, şöbələrin mühüm işlər üzrə baş müstəntiqlər və müstəntiqlər var idi”.

Zərərçəkənlərdən biri Nizami Kazımov qeyd edib ki, V.Ələkbərov ondan 3 milyon manat tələb etdikdə imtina edib, bundan sonra Mövlam Şıxəliyev onu qəbul edib: “O mənə dedi ki, əgər Vüsalın tələb etdiyi pulu verməsəm, məni 8 ildən 12 ilədək həbsə atacaq. Mən pulumun olmadığını dedim, Vüsal məbləği 2 milyona saldı, yenə imtina etdim. Bir neçə gündən sonra Mövlam Şıxəliyev təkrar məni qəbul edərək 2 milyonu verməyimi tələb etdi. Dedi ki, əgər verməsəm, başıma torba salıb aşağıdakı “maskalılar”ın yanına göndərəcəklər”.

M.Şıxəliyev bu epizod üzrə bildirib ki, Nizami Kazımov İstintaq Baş idarəsində “Texnika Bank” ASC-nin vəzifəli şəxsləri barəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs olub: “Onunla heç bir münasibətim, əlaqəm, düşmənçiliyim və ya ədavətim olmayıb. Onu və qardaşı Arzu Kazımovu qəbul etdiyimi xatırlamıram”.

General M.Şıxəliyevin adı bir sıra korrupsiya cinayətlərində hallanır. O hazırda ev dustaqlığındadır.(qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Roberto Karlos həbs edildi

Roberto Karlos həbs edildi

Sutka ərzində havadakı toz-duman çəkiləcək

Sutka ərzində havadakı toz-duman çəkiləcək

Dolların məzənnəsi dəyişmədi

Dolların məzənnəsi dəyişmədi

ABŞ sakini lotereyada 760 milyon dollar udub

ABŞ sakini lotereyada 760 milyon dollar udub

Torpaqların icarə və istifadəsinə ƏMDK-nın rəyi lazım olacaq

Torpaqların icarə və istifadəsinə ƏMDK-nın rəyi lazım olacaq

Sabaha olan hava

Sabaha olan hava PROQNOZU

“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir

“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir

Nazirin Astarada keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Nazirin Astarada keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirildi

"Qarabağ"ı Bakıda belə qarşıladılar- VİDEO

Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu

Ermənistan ordusunda homoseksuallıq:

Ermənistan ordusunda homoseksuallıq: Gənc əsgərləri zorlayırlar

Prezidentin köməkçisi “Qarabağ”ın qələbəsindən yazdı

Prezidentin köməkçisi “Qarabağ”ın qələbəsindən yazdı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur