Evlərə qaz əvəzinə hava verilir- VİDEO

Xəbərin çap versiyası
Tarix: 11-01-2017, 18:46    |    Xəbər oxunub: 174 dəfə
Evlərə qaz əvəzinə hava verilir- "Azəriqaz” mənzillərə mavi yanacaq əvəzinə, hava verir.

Bu barədə Bakı sakinlərindən birinin BakiPost.az-a göndərdiyi şikayətdə bildirilir. Şikayətçi mənzilinə yüksək təzyiqli hava verildiyini bildirib. O, dediklərinin sübutu olaraq redaksiyamıza video da göndərib.

Videoda ev yiyəsinin qaz sobası ətrafında dayandığı, dəqiqələrcə qazı yandırmağa cəh etdiyi, lakin sobadan sadəcə hava gəldiyi əks olunub.

Ev yiyəsi qazlarının gəlməməsinə rəğmən, hava vuran sobanı yandırdıqda sayğacın da işlədiyinə diqqət çəkib.

Qeyd edək ki, Bakıda mənzillərə verilən təbii qazın keyfiyyətsizliyi ilə bağlı dəfələrlə şikayətlər olub, məsələ mətbuatda da işıqlandırılıb.



AFN.az


Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru










Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər
loading...
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN Media Group məhsuludur | Designed by Simvol



 
Facebook səhifəmiz