Ağ Evin qiyməti açıqlandı




ABŞ-da prezidentin rəsmi iqamətgahı olan Ağ Evin ümumi dəyəri açıqlanıb. Məşhur daşınmaz əmlak şirkəti olan "Zillow" Ağ Evə 397,9 milyon dollar qiymət verib.

Şirkətin hesablamalarına görə, Barak Obamanın prezidentliyi dövründə iqamətgahın qiməyti 15% artıb. Ağ Evin kirayəyə veriləcəyi təqdirdə isə hər ay üçün 2,1 milyon dollar gəlir qazana biləcəyi qeyd olunub.

Ağ Ev (The White House) - Amerika Birləşmiş Ştatları prezidentinin daimi iş və yaşayış yeri olub, Vaşinqtonun mərkəzində yerləşir. 1791-ci ildə prezident iqamətgahının ən yaxşı layihəsi üçün müsabiqə elan olunub. Bu müsabiqədə irland əsilli Amerika arxitektoru Ceyms Hoben qalib gəlib və Ağ ev onun layihəsi əsasında tikilib. Gələcək prezident iqamətgahının bünövrəsi 1792-ci ilin oktyabrında qoyulub və bina 8 ilə tikilib. (faktxeber)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu