Fələstin türklərə dəstək verdi


“Hamas” siyasi rəsmisi və Fələstinin baş naziri İsmayıl Həniyyə 1915-ci ildə baş verənlərlə bağlı açıqlama verib.

Afn.az Türkiyə mətbuatına istinadən bildirir ki, İsmayıl Həniyyə Fələstinin yanında olan və bölgədə hər zaman əsas rol oynayan Türkiyəni dəstəklədiklərini bildirib. Bəzi Avropa ölkələrinin Türkiyəyə qarşı olduğunu xatırladan İ.Həniyyə deyib: "Bu qızışdırıcı kampaniyaya qarşı Türkiyə və türk xalqının yanında olduğumuzu vurğulamaq istəyirəm. Bizə görə, bu dalğanın məqsədi Türkiyəni xaricdə və daxildə çətin vəziyyətə salmaq, bölgədəki nüfuzundan qoparmaq və Fələstin məsələsindəki dəyişməz mövqeyindən uzaqlaşdırmaqdır”.
İ.Həniyyə Türkiyənin bölgədəki nüfuzunun və bir sıra zirvə görüşlərinin Türkiyədə keçirildiyini xatırladaraq, Avropa dövlətlərinin bundan narahat olduğunu bildirib. Həniyyəyə onu da qeyd edib ki, Fələstin xalqı Türkiyənin onlara verdiyi sosial, siyasi dəstəyi yüksək dəyərləndirir.

NÜŞABƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu