Vəfa Quluzadə haqda xatirələr

Xəbərin çap versiyası
Tarix: 2-05-2015, 13:46    |    Xəbər oxunub: 939 dəfə
Vəfa Quluzadə haqda xatirələr Azərbaycan siyasətinə ağır itki üz verib. Politoloq kimi fəaliyyət göstərən sabiq dövlət müşaviri Vəfa Quluzadə ötən gün 74 yaşında ürək tutmasından düyasını dəyişdi.

Bu itki vaxtilə onunla birgə ciyin-ciyinə işləmiş həmkarları, tanışları üçün də gözlənilməz oldu. Bundan sonra Vəfasız yaşamaq Azərbaycan siyasəti üçün nə qədər ağır olsa da, Vəfa Quluzadənin xatirələri həmişə yaşayacaq.

YAP-çı millət vəkili Aydın Mirzəzadə AzVision.az-a bilidib ki, o da hamı kimi Vəfa Quluzadənin vəfat etməsinə çox pis olub: “Onunla Prezident Administrasiyasında çalışarkən tanış olmuşduq. Dəfələrlə maraqlı söhbətlərimiz olmuşdu. Dərin məntiqi, marq doğuran siyasi nəticələri, vətənpərvərliyi onun əsas xarakteristikası idi. Cəsarətli və vətənpərvər çıxışları ilə istənilən audioriyanı ələ ala bilirdi”.

Deputatın sözlərinə görə, Vəfa Quluzadə çox sadə, intellektual bir insan idi: “Onun dəfələrlə müxtəlif tədbirlərdə təmasımız olub. Çox sadə, intellektual bir insan idi, heç zaman öz fikrini kiməsə zorla qəbul etdirməzdi. Gənclərlə söhbətə maraqlı idi. Allah rəhmət eləsin, o daima yaddaşlarda yaşayacaq”.

Xalq Partiyasının sədri Pənah Hüseyn də mərhum politoloqla bağlı xatirələrini bölüşüb. O, Vəfa Quluzadənin təcrübəli və çox sərişdəli politoloq olduğunu dedi: “Hər halda millətin bir hissəsindən getdi. Bir yerdə də işləmişik. O mənim yaddaşımda çox bilgili, bacarıqlı politoloq, həmişə Azərbaycanın inkişafını istəyən vətəndaş kimi yadında qalıb”.

Vəfa Quluzadə ilə yaxın dostluğu olan politoloq Eldar Namazov bildirib ki, Azərbaycan siyasətinin formalaşmasında onun əvəzsiz xidmətləri olub.

“Vəfa Quluzadənin vəfatı Azərbaycan üçün çox böyük itkidir. Azərbaycan dövləti çox böyük dövlət xadimini, Azərbaycan cəmiyyəti isə öz millətini sevən böyük bir vətəndaşı itirdi. Ən əsası, çox dəyərli dostumuzu itirdik”

Qeyd edək ki, V. Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub.

O, 1958-ci ildə 23 saylı orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olunub, 1963-cü ildə məzun olub. 2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparıb.

1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, daha sonra filologiya elmləri namizədi elmi adı alıb.

1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlayıb. 1973-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib. Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib.

1990-ci ildə Azərbaycana qayıdıb, Azərbaycan Respublikasının xarici siyasət üzrə dövlət müşaviri işləyib.

Allah rəhmət eləsin!




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan Fransaya nota verdi

Azərbaycan Fransaya nota verdi

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri-

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri- SİYAHI

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu-

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu- Kürdəxanıda saxlanılır

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir-

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinin basqı+VİDEO

"Sona Vəliyeva istefa ərizəsilə cənab Prezidentə müraciət etmişdi"- Nuşirəvan Məhərrəmlidən AÇIQLAMA

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''-

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''- ŞİKAYƏT+VİDEO

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Azərbaycanda Milli Dirçəliş Günüdür

Azərbaycanda Milli Dirçəliş Günüdür

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur