Bu mahnıları oxumaq günahdır


Türkiyədə xalq arasında daha çox "Cübbəli Əhməd Hoca" olaraq tanınan, əsil adı Əhməd Mahmud Ünlü olan dinşünas alim əvvəlcə bakirə qızla evlənənlərin ömrünün uzanmasını idda edərək gündəmdə uzun müddət qalmışdı.

AFN.az Türkiyə mətbuatına istinadən bildirir ki, din xadimi yenə də “ Vəhdət” qəzetində nəşr etdirdiyi yazısında qəribə fikirləri ilə hamının diqqətini cəlb edib. Bu dəfə o, şairləri, şeirləri və türk musiqisini hədəf alıb. O, “Bizə şairlik lazım deyil” başlıqlı yazısında “kahpe felek”, “adaletin nerede?”, “isyanım tanrıya” sözləri ilə yazılan şeirləri tənqid edib. "Cübbəli" iddia edir ki, belə şeirləri yazan şairlər, bu cür ifadələrə mahnı bəstələyən bəstəkarlar, onları ifa edənlər, dinləyənlər hamısı cəhənəmlikdir. "Cübbəli deyir" :“Şeirlərində və mahnılarında Allaha üsyan edən, alın yazısı və fələyə söyüş söyənlər Berat gecəsində bağışlanmır. Allah heç kimə zərrə qədər zülm etməz. İnsanların, cəmiyyətin başına gələn hadisələrin arxasında mütləq ilahi ədalət vardır!”

NÜŞABƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu