AFN.AZ / Ölümünü gözləyənlər-FOTOLAR

Ölümünü gözləyənlər-FOTOLAR

Sen Kventin həbsxanasının ölüm kameralarındakı məhkumlar vaxtlarını necə keçirilər?

Sen-Kventin həbsxanası ABŞ-ın ən məhşur cəzaçəkmə müəssisələrindən biridir. Birincisi ona görə ki, orada ölüm hökmünə məhkum edilmiş 750-yə yaxın məhkum saxlanılır. Onların arasında manyaklar, silsilə qətllər törədənlər, quldurlar var.

Statistikaya görə, son onillikdə ölüm məhkumları ya qocalıqdan ölür, ya da intihar edir: 2006-cı ildə federal məhkəmə qərar qəbul edib ki, edam üçün istifadə olunan ölüm inyeksiyası etibarsızdır və qurbanın əzab çəkməsinə səbəb ola bilər. Bundan sonra əksər ştatlarda onun istifadəsi dayandırılıb.

Yaxın vaxtlarda yeni və daha humanist aparat təqdim olunacaq və ölüm konveyeri yenidən işə düşəcək. Bu yenilik ərəfəsində fotojurnalistlər Sen-Kventin həbsxanasına buraxılıblar. Onların oradan çəkdikləri fotoları təqdim edirik. (Show.az)

Ölümünü gözləyənlər-FOTOLAR

























18-01-2016, 14:12
Geri qayıt