Əsas Səhifə > Üst manşet / Sosial / Son Dəqiqə > Evlərə qaz əvəzinə hava verilir-

Evlərə qaz əvəzinə hava verilir-


11-01-2017, 18:46.
title} "Azəriqaz” mənzillərə mavi yanacaq əvəzinə, hava verir.

Bu barədə Bakı sakinlərindən birinin BakiPost.az-a göndərdiyi şikayətdə bildirilir. Şikayətçi mənzilinə yüksək təzyiqli hava verildiyini bildirib. O, dediklərinin sübutu olaraq redaksiyamıza video da göndərib.

Videoda ev yiyəsinin qaz sobası ətrafında dayandığı, dəqiqələrcə qazı yandırmağa cəh etdiyi, lakin sobadan sadəcə hava gəldiyi əks olunub.

Ev yiyəsi qazlarının gəlməməsinə rəğmən, hava vuran sobanı yandırdıqda sayğacın da işlədiyinə diqqət çəkib.

Qeyd edək ki, Bakıda mənzillərə verilən təbii qazın keyfiyyətsizliyi ilə bağlı dəfələrlə şikayətlər olub, məsələ mətbuatda da işıqlandırılıb.


Geri qayıt