Rəsul Çunayevin anası ilə "Ləzginka"sı-VİDEO


O, I Avropa Oyunlarında Azərbayacana ilk qızıl medalı qazandıranlardan biridir. Söhbət Yunan-Roma güləşçimiz Rəsul Çunayevdən gedir.

Ən gənc medalçılarımızdan olan Rəsul ilk uğuruna hələ 17 yaşında olarkən imza atıb. Yeniyetmə olmasına baxmayaraq böyüklər arasında keçirilən çempionatda qızıl medalla təltif edilən Rəsul demək olar ki, son 3 ildə bütün yarışlardan Vətənə medalla qayıdıb.

Çempion ötən gün sevənlərini anasının ad günü mərasiminə toplayıb. Ata Həmzət Çunayev deyir ki, oğlunun qızıl medalı və prezidentin təltif etdiyi “Şöhrət” ordeni anasının ötən günki ad gününə böyük bir hədiyyə olub.

“Yaxşı idmançı rinqdə bilinər” deyən çempionumuz şəxsi həyatında hər zaman rəqsə olan sevgisini nümayiş etdirib. Ötən il dünya çempionatında qalib gələn idmançının Qafqazın ənənəvi rəqsi “Ləzginkanı” tatamidə ifa etməsi əksər insanların diqqətini cəlb etmişdi.
Anası Elzanə xanımla ifa etdikləri rəqs də onların xoş gününə xüsusi gözəllik qatıb.

Çempionun xoş gününə toplaşan ilk məşqçisi və dostları da onun uğurlarının davamlı olmasını arzulayıb.
Məşqçi İsmayıl Çopsiyev də Rəsulun gələcəkdə daha böyük uğurlara imza atacağına ümid edir.

Hazırda hərbi xidmətin son ayını yaşayan Rəsul həm idmançı, həm də bir əsgər kimi ölkəmizə xidmət göstərir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu