Lotu Hikmətin heç yerdə görmədiyiniz VİDEOSU


Azərbaycanın ilk kameramanlarından olan Mahir Hüseynbəylinin mərhum "qanuni oğru” "Sabirabadlı Hikmət”lə aralarında olan söhbətin videosunu feysbuk hesabında yayımlaması diqqət çəkib. Videoda söhbətin nədən getdiyi anlaşılmasa da, görünən odur ki, 1 saat ərzində maraqlı söhbət olub.

"Sabirabadlı Hikmət” hər zaman cəmiyyət üçün maraqlı şəxs olduğu üçün Mahir Hüseynbəylidən söhbətin nədən getdiyini soruşduq.

Mahir Hüseynbəyli ilk öncə, Hikmətin yüksək fəlsəfi fikirlərə sahib olduğunu diqqətə çatdırdı: "Onunla söhbətimizdə insan əqidəsinin düzgünlüyündən, həyatda yaşamağın mənası və əsası məqsədindən danışdıq. Hikmət Azərbaycanı çox sevirdi. Vətənpərvər insan idi və bunu söhbət zamanı da gördüm. Hikmət Azərbaycan incəsənəti və mədəniyyəti ilə bağlı böyük məlumatlara malik idi. Tariximizi çox yaxşı bilirdi. Hikmət elmə və oxumağa çox üstünlük verirdi. Özü də dünya ədəbiyyatını oxuyurdu.”

M.Hüseynbəyli sonradan aralarında səmimi ünsiyyətin yarandığını bildirdi: "Mən foyede oturmuşdum, ofsiant gəldi ki, sizi Hikmət çağırır və girdim içəri. Dedi ki, Mahir, məni maşınacan yola sal. Ayrılanda dedi ki, sabah vaxtın varsa səni qonaq cağırıram Əyləncə Mərkəzinə. Onunla sabahısı saat 16:00-da görüşdük. Xeyli söhbətlərimiz oldu. Ona arxivimdən kaset hədiyyə etdim. Təşəkkür etdikdən sonra mənim fikirlərlərimin xoşuna gəldiyini söylədi”. (Moderator.az)





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu