Əsas Səhifə > Video / Son Dəqiqə > Küçəyə çılpaq çıxdı, yalnız 12 nəfər gördü-

Küçəyə çılpaq çıxdı, yalnız 12 nəfər gördü-


22-12-2016, 22:27.
title} İngiltərənin “Daily mail” saytı maraqlı layihə həyata keçirib.

Bədən boyama sənətkarı Sara Attvell model Kelli Kleynin beldən aşağı hissəsində cins şalvarın şəklini çəkib. Boyalarla mükəmməl işləyən Saranın əl işindən sonra Kelli həqiqətən əynində şalvar geyinmiş kimi görünüb.

Bundan sonra model London küçələrində gəzməyə başlayıb. Layihənin həyata keçirilməsində məqsəd Kleynin görkəminin neçə nəfər tərəfindən başa düşülməsi olub.

Videodan da göründüyü kimi cəmi 12 nəfər onun cinsdə deyil, çılpaq olduğunu anlayıb.(axsam.az)


Geri qayıt