Tovuzda həkim qəzaya düşdü- Avtomobili qaçırıldı


Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə iki avtomobilin toqquşması ilə baş versə də avtomobillərdən biri qəzanın baş verdiyi yerdən qaçırılıb, digər avtomobilin isə dövlət qerydiyyat nömrə nişanları çıxarılıb.

Hadisə şahidlərinin sözlərinə görə, yüksək sürətlə hərəkətdə olan “VAZ-2107” markalı avtomobil idarəetməni itirərək Tovuz Rayon Mərkəzi Xəstəxasının həkimi Şinası Vəliyevin maşını ilə toqquşub. Hadisə nəticəsində Ş.Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib, onun idarə etdiyi avtomobil isə hadisə yerindən qaçırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb. (Report.az)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu