Bakıda Yaşar Nuri yad olundu


Akademik Milli Dram Teatrının kollektivi xalq artisti Yaşar Nurinin məzarını ziyarət edib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, teatrın bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət Yaşar Nurinin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən danışıb, onun yaratdığı obrazlar qalereyasına nəzər salıb.

Azər Paşa Nemət bildirib ki, görkəmli sənətkarın işıqlı xatirəsi Azərbaycan tamaşaçısının yaddaşında daim yaşayacaq və Azərbaycan mədəniyyəti var olduqca, Yaşar Nuri də hər zaman yad olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu