Azərbaycanda dəhşət: Məhkəmədə 10 yaşlı qıza zor tətbiqi - VİDEO

Xəbərin çap versiyası
6-01-2017, 23:10      
Azərbaycanda dəhşət: Bir neçə gün əvvəl Qubada yaşayan 10 yaşlı Nuray Bayramzadənin prezident İlham Əliyevə etdiyi müraciəti ciddi müzakirlərə səbəb olmuşdu.

Müraciətdə azyaşlı Nuray qeyd edirdi ki, ona bu günə kimi atalıq etməyən “bioloji atası”ndan imtina edir və onu böyüdüb boya-başa çatdıran xalasının yanında qalmaq istəyir. Qızcığaz açıq şəkildə bu günə kimi nə ona nə də xəstə anasına (anası artıq dünyasını dəyişib) baxmayan “bioloji ata”sını qəbul etmədiyini bildirirdi.

Lakin Azərbaycandakı məhkəmə hakimləri, məhkəmə icraçıları 10 yaşlı Nuray Bayramzadəni “bioloji atası”na, “belindən gəldiyi kişiyə” qaytarmaq üçün hansısa hakimin nəyinsə müqabilində verdiyi qanunsuz qərarın icrasına start verib. Bu zaman isə uşağa zor tətbiq edilib, azyaşlını psixoloji təzyiqə məruz qoyub, uşağın gələcək həyatını sual altına alıblar. Hazırda baş verənlərdən sarsılan 10 yaşlı Nuray Bunyadzadə həkim nəzarəti altındadır və sayaqlamalarla müşahidə olunan həyəcanlar keçirir. Uşağın heç bir rəyi soruşulmadan məhkəmə hakiminin verdiyi qərar qanunlarla tənzimlənmir. 10 yaşlı uşağı bu günə kimi atalıq etməyən, videogörüntülərdən də göründüyü kimi psixoloji və tərbiyəvi durumu yerində olmayan bir “ata”nın himayəsinə zorla vermək nə qədər qanunlarla sığan addımdır. 10 yaşlı uşağın hüquqlarını, gələcəyini nəyinsə müqabilində məhv etmək nə qədər doğrudur?
Məhkəmə icraçılarının da olduğu video görüntülər əsl biabırçılıqdır. Azyaşlı uşağa bu formalı təzyiqlərə görə, heç kim məsuliyyət daşımaq istəmir.

Belə halları ölkə başçısı İlham Əliyevin, uşaqların müdafiəıçisi olan birinci xanım Mehriban Əliyevanın və Ədliyyə naziri cənab Fikrət Məmmədovun da görməsi vacibdir… Bəlkə bundan sonra 10 yaşlı Nurayı sakit buraxarlar.

Videogörüntülərdən hər şey aydın görünür…(bizimxeber.az)



AFN.az

Baxış sayı: 2 301











Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN Media Group məhsuludur | Designed by Simvol



 
Facebook səhifəmiz