“Mən əsgərlərimə leş toplatdırmaram”- əfsanə türk generalı haqda

Xəbərin çap versiyası
11-01-2017, 01:01      
“Mən əsgərlərimə leş toplatdırmaram”- Elvin Zeynal

Türkiyə Cumhuriyətinin qurucusu Mustafa Kamal Atatürk demişdir: “Ordunun təməlini təşkil edən zabitlər Vətən üçün ölümü bilərək gözə alan savaşçılardır. Fədakarlar sinfinin irəlisində yer alan şərəfli insanlardır. Millət zərər görsə, bunun məsuliyyəti zabitlərə aid olacaqdır”.

Can və qan qardaşımız Türkiyə artıq 40 ildir ki, PKK terroru və terrorist ideologiyası ilə mübarizə aparır. Bu zaman ərzində o torpaqlarda vətən uğrunda minlərlə Türk qardaşımız şəhid oldu, qazi oldu. Təbii ki, Türkiyə PKK terroru ilə aktiv olaraq 40 ildir ki, mübarizə aparsa da, əslində bu terrorist zehniyyətin Türk düşmənliyinin başlanğıcı 100 il öncəyə-20-ci əsrin əvvəllərinə qədər gedib çıxır. Tarix boyu həddini nə vaxt aşsa həmişə Türk yumruğunu yeyən ermənilər hələ yüz il bundan əvvəl istər bugünki Türkiyə ərazisində, istərsə də, ana yurdumuz Azərbaycanın bir çox yerində dinc, əli silahsız Türk insanına qarşı amansız terror olayları törətməklə tarixə düşmüşlər. 1970-ci illərdə ASALA adlı qaniçən terror qruplaşmasının törətdiyi sui-qəsdlər, terror hadisələrindən sonra 1980-ci illərin başında yenə türk yumruğu ilə məhv edilisə də, onun küllərinin üzərində bu dəfə biraz daha təşkilatlanmış PKK deyilən erməni/hay terror çetesi yaradıldı və Türk qanına susadığını bəyan etməyə başladı. 1980-ci illərdə çox da geniş terror olaylarına girişə bilməyən bu qaniçən təşkilatın başında əslən erməni olan Abdullah Öcalan (Artin Aqopyan) adlı ikinci Andranik sayılan terrorist dayanırdı.

Türkiyə dövləti hər nə qədər 1980-ci illərdə bu təşkilatı “3-5 xuliqan” adlandırıb ciddiyə almasa da, 1990-cı illərin başında, xüsusilə Körfəz müharibəsindən sonra böyük dəstək alan PKK silahlı güc olmağa və Türkiyənin Doğu və Güneydoğu vilayətlərində səs gətirən terror olayları törətməyə başladı.

1993-cü ilin yay aylarında dönəmin Türk Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ordu generalı Doğan Günəş 80 generalın əşəndə PKK-nın fəallıq göstərdiyi bölgəyə könüllü getmək istəyən polkovniki xüsusi olaraq seçib göndərir. Hakkari vilayətində yerləşən və PKK ilə amansız mücadilə edən Dağ və Komando briqadası və Güvənlik Komandanlığının başına təyin edilən bu əfsanə Türk oğlunun adı Osman Pamukoğlu idi. Osman Paşa 1993-95-ci illər ərzində Hakkaridə məsul olaraq PKK-ya qarşı koordinasiya etdiyi hərbi əməliyyatlar nəticəsində o vaxt PKK-nın 12500 olan silahlı terrorist sayını 5500-6000-nə qədər azaldır.

Hörmətli oxucular, mən Osman Paşanın tarixə keçən bir sözünü nəzərinizə çatdırmaq istədim və ilk dəfə olaraq bu yazını qələmə aldım. Bu söz nədir, necə olur ki, bir söz, bir cümlə türk tarixində yaddaşlara həkk olunur və gələcək nəsillərə yol göstərəcək bir stimul xarakteri daşıyır.
Deməli, 1993-95-ci illərdə İkiyaka dağlarında həyata keçirilən hərbi əməliyyat zamanı 400-dən çox PKK-lı terrorçu öldürülür. İkiyaka dağlarına çıxmaq istəyən Məcid Gürbüz adlı cəsur jurnalist Hakkari Dağ və Komando briqadasına müraciət edir. Bu vaxt Osman Pamukoğlu Hisar yaylası deyilən yerdə əməliyyatları idarə etməklə məşğul idi. Osman Paşanın yanına gedən jurnalist həmin əməliyyatlar ərəfəsində oraya gedən ilk jurnalist olmağın verdiyi həyəcanla ərazidə hər tərəfə dağılan PKK-lı terrorçu meyitlərinin fotoqraflarını çəkmək istəyir və o meyitlərin bir yerə toplanmasını Osman Paşadan xahiş edir. Bu xahişə çox əsəbiləşən Osman Paşa “Siz fotoqraf çəkəcəksiniz deyə mən əsgərlərimə leş toplatdırmaram” deyə o tarixi cavabı verir.

“Mən əsgərlərimə leş toplatdırmaram”-


Mən, bu əfsanə generalı və onun bu tarixi, möhtəşəm cavabını ilk dəfə öyrəndikdən sonra inanın ki, əsl, zəngin tarixi, dahi sərkərdələri, dahi şəxsiyyətləri olan bir Millətin-Türk millətinin mənsubu olmaqla bir daha qürur duydum, fəxarət hissi keçirdim. Osman Pamukoğlu kimi generalları, idarəçiləri, təkbaşına 100 erməni məhv edərək şəhid olan Mübariz İbrahimov kimi əsgərləri olan Türk varlığı dünya durduqca yaşayacaq və var olacaqdır.

Tanrı bütün Türk dünyasını qorusun və ucaltsın!

AFN.az

Baxış sayı: 1 068











Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN Media Group məhsuludur | Designed by Simvol



 
Facebook səhifəmiz