Səngəçalda partlayan qaz kəməri təmir olunur

Xəbərin çap versiyası
11-01-2017, 12:45      
Səngəçalda partlayan qaz kəməri təmir olunur Yanğın baş verən magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb.

Bu barədə SOCAR məlumat yayıb.

Qeyd olunub ki, yanvarın 10-da axşam saat 20:45 radələrində diametri 1 000 mm olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.

Görülmüş tədbirlər nəticəsində yanğın lokallaşdırılaraq söndürülüb, qazın nəqli alternativ xəttə keçirilib, istehlakçıların qaz təchizatında fasilə yaranmayıb. Kəmərdə təmir-bərpa işlərinə başlanılıb.

AFN.az

Baxış sayı: 31











Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN Media Group məhsuludur | Designed by Simvol



 
Facebook səhifəmiz