SOCAR-ın vitse-prezidenti istintaqa cəlb olunub- “Gülən işi”ndə yenilik

Xəbərin çap versiyası
11-01-2017, 13:51      
SOCAR-ın vitse-prezidenti istintaqa cəlb olunub- Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşləri Üzrə İstintaq İdarəsindən aparılan “Gülən İşi” üzrə istintaqa cəlb olunub.

AFN-in məlumatına görə, bu barədə gununsesi.info-ya Xalik Məmmədova yaxın mənbələrdən informasiya daxil olub.

Məlumatda qeyd olunur ki, SOCAR rəhbərliyində çalışan bir qrup şəxsin cəlb olunduğu istintaqda bir neçə dəfə dindirmələr olub və vitse-prezident öz vəkiliylə bu prosesdə iştirak edib. Xalik Məmmədova verilən əsas suallardan biri isə Fətullah Gülənə məxsus ali məktəbləri bitirən və onun şəbəkəsinə daxil olan şəxlərin SOCAR-da necə işə alınması ilə bağlı olub.

“Gülən İşi”nə görə Azərbaycanda açılan 162006055 nömrəli cinayət işində Xalik Məmmədovla yanaşı, başqa qurumları təmsil edən şəxslərin adı keçir.

Qeyd edək ki, Fətullah Gülənin Türkiyədə çevrliş planının ifşasından sonar qardaş ölkənin hökuməti bu şəbəkənin Azərbaycandakı dayaqlarının “vurulması” üçün rəsmi Bakı ilə işbirliyinə gedib.
Gülən şəbəkəsinə daxil olan məktəb və liseylər, habelə, bir sıra dərnəklər bağlanıb.

AFN.az

Baxış sayı: 307











Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN Media Group məhsuludur | Designed by Simvol



 
Facebook səhifəmiz