Azərbaycanlılar evlilik verilişindən nə qazanır?- Fantastik qiymətlər

Xəbərin çap versiyası
11-01-2017, 13:58      
Azərbaycanlılar evlilik verilişindən nə qazanır?- Türkiyənin məşhur evlilik proqramları hər zaman insanlar tərəfindən müzakirə olunur. Bu cür proqramlar reytinqdə ön sırada olmaqla yanaşı böyük qalmaqallarla da tez-tez gündəmə gəlirlər.

“Qafqazinfo”nun xəbərinə görə, izdivac verilişlərində ən çox müzakirə olunan məsələ isə iştirakçıların tamaşaçının inandığı kimi yox, əslində ssenariyə uyğun olaraq özünü aparmasıdır. Demək olar ki, hər həftə Türkiyədə bu tipli verilişlərə azərbaycanlılar da qatılır. Artıq elə bir izdivac proqramı yoxdur ki, orada türklərlə yanaşı, azərbaycanlı namizədlər də oturmasın.

Maraqlıdır ki, Türkiyə mətbuatının apardığı araşdırmaya əsasən, namizədlər Zühal Topal və ya Esra Erolun proqramlarına təkcə məşhurluğa görə yox, məhz həftəlik maaş müqabilində qatılırlar.

Azərbaycanlılar evlilik verilişindən nə qazanır?-

Ən çox Zühal Topalın aparıcılıq etdiyi proqramda bu cür halların baş verdiyi qeyd edilib.

Sözügedən proqramdan çıxan şəxslər dəfələrlə mətbuata açıqlama verərək verilişin saxta olduğunu, iştirakçıların model agentliklərindən seçildiyini bildiriblər.

Bundan əlavə, müqavilə şərtləri isə namizədlərin istəyinə uyğun seçilir. Belə ki, onlar arasında sürücü istəyən, ayda bir dəfə başqa ölkəyə istirahətə getmək eşqinə düşən, gündəlik benzin xərci tələb edənlər var. Həftəlik ödənişlər isə tanınmış və qalmaqallı iştirakçılara görə dəyişir. Məsələn, bir neçə evlilik verilişinə transfer olan Hanifə adlı gəlin namizədi həftəlik 5 min TL qazanır.

Azərbaycanlılar evlilik verilişindən nə qazanır?-

Təkcə bəy-gəlin namizədlərinə yox, efirdə şərh bildirən şəxslərə də pul verilir.

Onlar gündəlik 50-200 türk lirəsi dəyərində qonorar alırlar. İştirakçıların aldığı maaş 3500-9000 arası dəyişir.

İzdivac verilişində azərbaycanlı gəlin namizədi Naz Milana isə kifayət qədər qalmaqallı və verilişin əsas qəhrəmanlarından biridir. Onun verilişdə göstərdiyi “şou”lardan hər kəs məlumatlıdır. Hətta, bahalı gəlin namizədi digər evlilik verilişlərinin diqqətində olub. Naz bir neçə verilişlərə transfer olsa da, onun son dayanacağı Zühalın proqramıdır.

Azərbaycanlılar evlilik verilişindən nə qazanır?-

Bundan əvvəl dəfələrlə verilişdə azərbaycanlı modellər də iştirak edib. Onlardan Fatimə, Esmiranı, Əli Əkbəri misal çəkə bilərik. Onların izdivac verilişinə model agentlikləri vasitəsiylə qatılması və qonorar alması istisna edilmir.

AFN.az

Baxış sayı: 58











Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN Media Group məhsuludur | Designed by Simvol



 
Facebook səhifəmiz