Vüsal Kərimli vəzifəsindən qovulur- BNA fiaskosundan sonra...

Xəbərin çap versiyası
Tarix: 11-01-2017, 18:44    |    Xəbər oxunub: 253 dəfə
Vüsal Kərimli vəzifəsindən qovulur- Bakı Nəqliyyat Agentliyinin (BNA) direktoru Vüsal Kərimli tutduğu vəzifədən azad edilir. Buna səbəb bir ildən bir qədər artıq müddətdir yaradılan qurumun səmərəsiz fəaliyyətidir.

Xatırladaq ki, 2015-ci ilin dekabrında ölkə başçısı Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılıb.

Yeni quruma Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görmək həvalə olunub.

Eyni fərmanla Nəqliyyat Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Məhdud Məsuliyyətli Cəmiyyəti də BNA-nın tabeliyinə verilib.

Bundan bir qədər sonra Vüsal Kərimli BNA baş direktoru təyin olunub.

***

Əslində Bakının nəqliyyat sistemindəki çoxsaylı problemləri aradan qaldıracağına dair böyük gözləntilərə yol açan BNA-ya Vüsal Kərimlinin təyinatı bir çoxlarında təəccübə səbəb oldu.

O, daha əvvəl "BakuBus" MMC-nin direktor müavini vəzifəsində çalışıb.

Bununla belə, bir sıra ekspertlər Agentliyin ötən bir illik fəaliyyətinin uğursuz olmasını V.Kərimlinin təcrübəsizliyinə bağlayırlar.

***

Yarandığı vaxtdan bəri külli miqdarda vəsaitin xərclənməsinə baxmayaraq, Bakının nəqliyyat sistemində nəinki müsbət dəyişikliklər müşahidə edilib, hətta ənənəvi problemlər bir az da dərinləşib.

Məsələn, BNA-nın tərkibinə verilən NİİM-in işi daha da iflic vəziyyətə düşüb və demək olar, hiss edilmir.

Hətta paytaxtda sərnişindaşımanın müasir standartlara uyğunlaşdırılmasının başlanğıcı kimi dəyərləndirilən “BakıBus”un fəaliyyəti ilə bağlı da son vaxtlar narazılıqlar dilə gətirilir. Söhbət xüsusilə “BakıBus” avtobuslarının da hərəkət qrafikindəki nöqsanların müşahidə olunmasından gedir.

Bir sözlə, artıq bəzi hökumət çevrələrində də BNA-nın ötən bir ildə gözləntiləri doğrultmadığına dair qənaətlər güclənib. Buna görə də böyük ümidlərlə yaradılan qurumun fəaliyyətini canlandırmaq, beləliklə də, Bakının nəqliyyat sistemindəki problemlərin real və köklü həllinə nail olmaq üçün Vüsal Kərimlinin əvəzlənməsi gözlənilir.

“Əgər qarşıdakı aylarda bu barədə rəsmi qərar açıqlanarsa, heç kim təəccüblənməyəcək”, - deyə qaynağımız əlavə edir. (qaynarinfo)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Beş günlük körpə valideynləri tərəfindən tərk edilib-

Beş günlük körpə valideynləri tərəfindən tərk edilib- SUMQAYITDA+VİDEO

Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Prezident Vahid Ələkbərovla görüşüb

Prezident Vahid Ələkbərovla görüşüb

Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu-

Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu- VİDEO

Satışdakı xəz dərilərin 40 faizi

Satışdakı xəz dərilərin 40 faizi SAXTADIR!

Qərərgahdan alpinistlərin axtarışı ilə bağlı

Qərərgahdan alpinistlərin axtarışı ilə bağlı YENİ MƏLUMAT

Hərbi hissədə işgəncə görən erməni əsgər qaçıb

Hərbi hissədə işgəncə görən erməni əsgər qaçıb

Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

Azərbaycanın tanınmış vəkilinin fəaliyyəti dayandırılıb

Azərbaycanın tanınmış vəkilinin fəaliyyəti dayandırılıb

Həzi Aslanovun anım mərasimi keçirilib-

Həzi Aslanovun anım mərasimi keçirilib- FOTOLAR

Çaylarda suyun səviyyəsi açıqlanıb

Çaylarda suyun səviyyəsi açıqlanıb

Ədliyyə Nazirliyində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Ədliyyə Nazirliyində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur