ATƏT Ermənistanda fəaliyyətini dayandırır


ATƏT-in Yerevan ofisi fəaliyyətini dayandırır.

Bu barədə "Medimax" xəbər yayıb.

ATƏT-in Yerevan bürosunun yaydığı məlumata görə, təşkilata üzv ölkələr qurumun bir sıra sahələr üzrə mandatınn artırılmasına dair konsensusa gələ bilməyiblər.

Ermənistan Xarici İşlər Nazirliyi məsələni şərh etməkdən imtina edib.

Qeyd edək ki, Ermənistan ATƏT-in ofisi olduğu yeganə Cənubi Qafqaz ölkəsidir. Belə ki, qurumun Tbilisi ofisi 2008-ci, Bakı ofisi isə 2014-cü ildə bağlanıb.(azvision.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu