Qənirə Paşayeva: Bu hadisəyə hamımız sərt münasibət bildirilməliyik!


Rusiyada yaşayan diaspor təşkilatlarımızı fəal olmağa dəvət edirik!


Soçidə "KiViN-2017" Şən və Hazırcavablar Klubunun 28-ci beynəlxalq festivalında Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata münasibətiniz necədir deyə sual edən jurnalist dostların nəzərinə. Əlbətdə ki çox mənfidir münasibətim və qətiyyətlə pisləyir, etiraz edirik. Mətbuatda yayılan məlumatlarda deyilir:" 10 yanvarda Soçidə "KiViN-2017" Şən və Hazırcavablar Klubunuan 28-ci beynəlxalq festivalı başlamışdır. Bu festivalda müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan "Bakı yığması" iştirak edir. Bu festivalda eyni zamanda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separat rejimi təmsil edən "Çörək və duz ilə" adlı komanda da iştirak edir. Dünən bizim komandamız Soçiyə layiqli çıxış etmək üçün yola düşmüşdür. Lakin ŞHK Beynəlxalq İttifaqın prezidenti Aleksandr Maslyakovun festivalda çıxış etmək üçün Qarabağdan olan komandanı dəvət etməsi ölkəmiz üçün gözlənilməz dönüş olub. İnformasiyanın təsdiqi üçün Sputnik Azərbaycan "AMİK" televiziya birliyinə müraciət etdi, lakin burda bu informasiyanı şərh edə bilmədilər. Lakin qeyd etdilər ki, əgər Qarabağdan olan komandanın adı iştirakçıların siyahısında varsa, o zaman bu komanda dəqiq iştirak edir. ŞHK rəsmi internet portalında qeyd edilən siyahıda komandanın adı qeyd edilmişdir."

Əgər bu informasiyalar doğrudursa təcili olaraq ölkəmizin rəsmi qurumları səviyyəsində Rusiya tərəfinə etiraz ünvanlanmalıdır. Mədəniyyət və Turizm Nazirliyi bu təxribatın qarşısını almaq və Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarındakı separatçı rejimi təmsil edən komandanın təcili olaraq festivaldan uzaqlaşdırılması üçün addımlar atmalı, əks halda Azərbaycan komandasının etiraz bəyanatı ilə festivaldan çıxacağını bəyan etməlidir. Əgər separatşı rejimi təmsil edən komanda festivaldan uzaqlaşdırılmasa Azərbaycan komandası etiraz bəyanatı verərək yarışmanı tərk etməlidir. Bu hadisə birbaşa təxibatdır, Azərbaycan ərazi bütövlüyünə qarşı sayğısızlıqdır və buna ciddi eitraz edir, baş verən təxribatı kəskin pisləyir, qınayırıq. Rusiyada yaşayan diaspor təşkilatlarımıza müraciət edərək onları bu təxribatın qarşısının alınmasında fəal olmağa çağırırıq. Rusiyada yaşayan bütün diaspor təşkilatlarımızın, insanlarımızın bu təxribata ciddi etiraz edərək festivalın təşkilatçılarına və Rusiyanın müvafiq qurumlarına müraciətlər göndərməsi vacibdir. Çünki bu cür təxribatlar Azərbaycan-Rudiya münasibətlərinə mənfi təsir göstərməklə yanaşı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyanın bu münaqişənin tənzimlənməsində obyektiv rol oynaya biləcəyini bir daha şübhə altına almış olur, rəsmi Moskvanın vasitəçilik missiyasına da ziddir. Azərbaycanın ərazi bütövlüyü Rusiya da daxil olmaqla bütün dünya ölkələri, beynəlxalq təşkilatlar tərəfindən tanınmışdır və separatçı rejimin təmsilm edən komandanın belə bir festivala dəvət edilməsi Azərbaycanın ərazi bütovlüyünə sayğısızlıqdır və bu yol verilməzdir.

Her kes AMİK şirketine etirazını bildirsin:

"ТТО "АМИК
Телефоны: +7 (495) 966-34-35, amik@amik.ru
Концертный отдел:
Телефон: +7 (495) 644-61-91, +7 (495) 644-61-59.
E-mail: kvnconcert@gmail.com.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu