Azərbaycanda rüşvət verən 5 nəfərə cinayət işi açılıb




“2016-cı ildə 5 rüşvət verən şəxs barəsində cinayət işi başladılıb”.

Bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

K.Əliyev qeyd edib ki, bank sektoru ilə bağlı 52, tikinti sektoru ilə bağlı 17, təhsil sahəsi ilə bağlı 10, bələdiyyələrlə bağlı 7 və "Azərenerji" ilə bağlı daxil olan 10 iş baxılması üçün məhkələrə göndərilib.

Elvin Abdulqədirov



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu