Azərbaycan Dillər Universitetindən 5 dekanın çıxarılması xəbərinə REAKSİYA




Bu gün Kütləvi İnformasiya Vasitələrində Azərbaycan Dillər Universitetinin 5 fakültəsinin dekanının işdən çıxarılması barədə xəbərlərə adıçəkilən universitetdən münasibət bildirilib.

AFN xəbər verir ki, universitetin İnformasiya Departamentinin müdiri Araz Ağayev yayılan xəbərlə bağlı bunları deyib: "Bildiyiniz kimi, universitetdə ciddi və məqsədyönlü islahatlara start verilib. Məqsəd Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasından irəli gələn vəzifələrə nail olmaq, ADU-da tədrisin keyfiyyətini yaxşılaşdırmaq və müasir tələblərə cavab verməsini təmin etmək, universitetin nüfuzunu gücləndirməkdir.
Dekanların vəzifədən çıxarılmasına gəlincə, ADU Elmi Şurasının müvafiq qərarına əsasən, universitetin 5 fakültəsində dekan vəzifəsi vakant elan olunub. Bu zaman qanunvericiliyin bütün tələblərinə riayət olunub. Vakant vəzifələrin tutulması ilə əlaqədar müsabiqə elan edilib və müvafiq elan "Xalq" qəzetinin bugünkü sayında yerləşdirilib. Onu da qeyd edim ki, 5 fakültənin dekanı hələ ki işlərini davam etdirir və istəsələr, dekan vəzifəsinə seçkilərdə iştirak edə bilərlər. Bu seçkilərdə elan olunmuş tələblərə cavab verən istənilən şəxs, o cümlədən xarici vətəndaşların da iştirak hüququ var.
Göstərilənləri nəzərə almağınızı və islahatlara kölgə salan fikirlərə yol verməməyinizi xahiş edirəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu