Azərbaycanın ictimai fəalları AŞPA-nı korrupsiya faktına qiymət verməyə çağırır



Azərbaycanın onlarla vətəndaş cəmiyyəti, KİV fəalı, hüquqşünas və ictimai xadim (cəmi 58 imza) yanvar sessiyası ərəfəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvlərinə kollektiv məktub göndərərək, öz mühitində korrupsiya faktlarına qiymət verməyə çağırıb.

Xüsusən, söhbət Milan prokurorluğu tərəfindən Azərbaycanlı deputatlar Elxan Süleymanov və Müslüm Məmmədovdan 2013-cü ildə Azərbaycanda siyasi məhbuslar haqqında tənqidi qətnamənin qəbuluna mane olmaq üçün səy göstərmək müqabilində ümumilikdə 2.39 mln. avro rüşvət almaqda ittiham olunan keçmiş AŞPA vitse-prezidenti Luka Volontedən gedir.

Məktubda araşdırma yekunlaşana qədər AŞPA-da Azərbaycan nümayəndə heyətinin səs hüququnu dondurmaq, habelə 2013-cü ildə Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında qətnaməsi üzrə səsvermənin yekunlarını etibarsız hesab etmək çağırışı yer alır.

"AŞPA dərhal Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi mandatını bərpa etməlidir, Avropa Şurası ekspertləri ilə birlikdə insan hüquqlarının pozulması haqqında yeni ətraflı məruzə hazırlamalıdır", müraciətdə qeyd edilir.

Məktub müəllifləri həmçinin korrupsiya tamamilə araşdırılana, İlqar Məmmədov və digər siyasi məhbuslar həbsdən azad edilənə qədər Azərbaycan nümayəndə heyətinin səs hüququnu bərpa etməməyə çağırır ("Ameikanın səsi").



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu