Çin ilin sonunadək güclü superkompüterin prototipini hazırlamağı planlaşdırır



Çinli mütəxəssislər ilin sonuna qədər güclü superkompüterin prototipini hazırlamağı planlaşdırır.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, o, saniyədə kvintilyon (10 üstü 18) əməliyyat yerinə yetirmək qabiliyyətində olacaq. Layihənin uğurlu olacağı təqdirdə Çin kompüter texnologiyaları sahəsində dünya lideri statusunu bir qədər də möhkəmləndirəcək.
Superkompüter ilk dəfə yerli istehsal olan hissələrdən düzəldiləcək. Hələlik layihə hazırlıq mərhələsindədir. Prototipin uğurlu alınacağı təqdirdə mühəndislər artıq real kompüter yığımına başlayacaq və işləri 2020-ci ilə qədər yekunlaşdıracaq.

Qeyd edək ki, superkompüterlər sənaye layihələndirilməsi, "böyük məlumatların" təhlili, dərmanların araşdırılması, neft kəşfiyyatı və yüksək məhsuldarlıq tələb edən digər məsələlərdə istifadə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu