Baş qərargah rəisi yol qəzasında öldü



Tacikistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş qərargah rəisi general-mayor Zərif Bobokalonov bu gün axşam saatlarında avtomobil qəzasında dünyasını dəyişib.

"İnterfax" xəbər verir ki, qəza Düşənbənin mərkəzində, qərargah rəisi evinə gedərkən baş verib.

Bildirilib ki, avtomobilin sükanı arxasında Zərif Bobokalonov özü olub.

İlkin versiyaya görə, kəskin ürəktutması keçirən generalın avtomobili başqa maşınla toqquşub.

Qeyd edək ki, 46 yaşlı Zərif Bobokalonov bu vəzifəyə 2014-cü il yanvarın 18-də təyin edilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu