Bu yolda qoyulan yol nişanları sürücüləri çaş baş salır- VİDEO




Paytaxtda hərəkətin ən intensiv olduğu küçələrdən birində qoyulan yol nişanları sürücüləri çaş baş salır. Belə ki, nişanlardan biri yalnız düzünə qarşıda ki, nişan hər iki istiqamətdə hərəkətin olduğunu göstəririr. Bu isə sürücülərin tez-tez cərimələnməsi ilə nəticələnir.

Söhbət Xutor dairəsi ilə Qələbə dairəsini birləşdirən Salamzadə küçəsindən gedir. Qələbə dairəsi istiqamətində ki yolda quraşdırılan nişanlardan gedir. Sürücülər bu yolda polislə tez -tez anlaşmazlıqlar yaşandığını işarənin isə ümumiyyətlə yanlış olduğunu deyirlər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov düzünə hərəkət nişanının yanlış yerdə qoyulduğunu sürücülərin də elə buna görə çaşbaş qaldıqlarını deyir. Onun sözlərinə görə, yol nişanları Azərbaycan qanunvericiliyinə görə yolun hərəkət hissəsinin sağ tərəfində qoyulmalıdı, sol tərəfdə isə ancaq təkrar xarakterli olmalıdır.

Ekspert nişanın sağ tərəfdəki səkiyə keçirilməsi və asfalt üzərinə oxlar çəkməsi ilə problemin aradan qaldırmağın mümkün olduğunu deyir.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü Vaqif Əsədov isə bildirib ki həmin əraziyə baxış keçiriləcək. Əgər nişanlar arasında ziddiyət müəyyən edilsə problem aradan qalıdırlacaq. (Xəzərxəbər)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu