Soros Tramp, Avropa İttifaqı, Çin və qlobal maliyyə bazarları haqda



"Trampın vergiləri azaldacağı və xərcləri artıracağı barədə seçkiöncəsi verdiyi vədlər nəticəsində noyabr ayından etibarən kəskin artım göstərən fond birjalarında müşahidə olunan "ralli" sona çatır".

Məşhur milyarder-investor Corc Soros (George Soros) bunu Davos Ümumdünya İqtisadi Forumu zamanı "Bloomberg" telekanalına müsahibəsində deyib.

Soros ABŞ-ın diktator ola bilməsi ehtimal edilən bir şəxsi prezident seçdiyini, Avropa İttifaqının (Aİ) dağılmaqda olduğunu, İngiltərə baş naziri Tereza Meyin (Theresa May) Aİ-dən ayrılmağa hazırlaşması ilə vəzifədə çox qalmayacağını və Çin cəmiyyətinin daha çox təzyiqlərə məruz qalacağını ehtimal etdiyini bildirib.

"Soros Fund Management" investiya fondunun sahibi olan C.Soros qeyd edib ki, qeyri-müəyyənik maksimal həddə çatıb: "Bu da uzunmüddətli investisiyaların düşmənidir. Qlobal maliyyə bazarlarının yaxşı olacağını düşünmürəm. Hazırda bazarlar bayram əhval-ruhiyyəsindədir. Bir azdan hər şey məlum olduqda, bədbin vəziyyət yaranacaq".

"Report"un analitik qrupu bildirir ki, ABŞ keçirilən son prezident seçkilərindən sonra dünyanın inkişaf etmiş ölkələrinin fond birjasi indeksləri 10%-ə yaxın yüksəlib. 2017-ci ildə fond birjaları indekslərində dünya iqtisadiyyatının zəif inkişafı səbəbindən ciddi azalma gözlənilir. (virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu