El-Çapo Nyu-Yorka gətirilib



Meksikanın məşhur narkobaronu, iki dəfə həbsxanadan qaçan və narkotik maddələrə qarşı müharibədə əsas hədəf olan Hoakin "El-Çapo" Quzman Donal Trampın prezidentlik vəzifəsinə başlamasından bir gün əvvəl Nyu-Yorka ekstradasiya edilib.

Cümə axşamı gecə saatlarında gətirilən Quzmanın bu gün Nyu-York məhkəməsi qarşısına çıxarılacağı gözlənilir. Nyu-York Quzmana qarşı ittihamlar irəli sürən bir neçə yurisdiksiyadan biridir.

Bir il əvvəl ələ keçirilənə qədər 59 yaçlı El-Çapo (Quzman) dünyanın ən çox axtarılan narkobaronlarından biri idi.

Altı ay əvvəl E-Çapo Meksikada təhlükəsizliyi yüksək səviyyədə qorunan həbsxanadan uzunluğu bir km-dən çox olan tunellə qaça bilmişdi. Bu, onun həbsxanadan ikinci qaçısı idi.

Meksika rəsmiləri onun ələ keçirilməsini hakimiyyətdən gedən Barak Obama üçün hədiyyə, NAFTA azad ticarət razılığını ləğv edəcəyi ilə hədələyən və meksikalıları dəfələrlə təhqir edən Tramp üçün isə zeytun budağı kimi qiymətləndirib ("Amerikanın səsi").



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu