Avropa Birliyinin komissarı Azərbaycana gəlir




Davos Beynəlxalq İqtisadi Forumu çərçivəsində SOCAR rəhbərliyi ilə Avropa Birliyinin yeni təyin olunmuş Büdcə və insan resursları üzrə komissarı Günter Ötinger və onun ofisin rəhbəri cənab Mixael Hager arasında görüş keçirilib.

SOCAR-dan verilən xəbərə görə, görüşdə Cənub Qaz Dəhlizinin Avropa maliyyə qurumları tərəfindən maliyyələşdirilməsi, layihənin həyata keçirilməsi ilə bağlı aktual məsələlər və s. mövzular ətrafında aparılıb.

G.Ötinger 2017-ci ilin sentyabr ayında Azərbaycana səfər edəcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu