Evdə mənfi auranın olduğunu belə yoxlayın




Hansı mühitdə oluruqsa olaq, olduğumuz yerdən bir enerji alır və ya həmin yerə enerji ötürürük.

Məlum məsələdir ki, olduğumuz yerlər və bizim evimizə gələn insanların heç də hamsı müsbət auralı insanlar olmur. Təəssüf ki, bəzən qonşularımız, qohumlarımız və yoldaşlarımız bizlərə mənfi enerji verərək, sağlamlığımızı mənfi istiqamətə yönləndirir.

Mənfi enerji evinizə girdiyi zaman bir çox mövzuda sizlərə təsir edə bilir. Belə ki, dayandığınız yerdə özünüzdə yorğunluq, baş ağrıları hiss edirsiz və eyni zamanda ailə üzvlərinizlə, ətrafdakı insanlarla heç bir səbəb olmadan gərginlik yaşayırsız. Bu hallar sizdə narahatçılıq yaratsa da, bəzən özünüzdə səbəbini anlamaqda çətinlik çəkirsiz. Əslində, bu kimi hallar üzərinizdə mənfi enerjinin olduğunu bildirir.

Evinizdə mənfi enerjinin olub-olmadığını bu üsulla öyrənə bilərsiz:

Stəkana üçdə biri qədər dəniz duzu tökün. Daha sonra stəkanı ağzına qədər su ilə doldurun. Ən çox mənfi enerji hiss etdiyiniz otağın müəyyən bir yerinə stəkanı qoyun və bir gün həmin yerdə qalsın. Stəkanı qoyduğunuz yerə kimsənin toxunmadığına əmin olmalısız. Sabahsı gün stəkana baxdığınızda, stəkandakı su qoyduğunuz kimi qalıbsa, həmin yerdə demək mənfi enerji yoxdur. Əgər stəkanda iz kimi ləkələr və ya bulanlıqlar varsa, deməli, həmin otağda mənfi enerji var.//Atv.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu