Əhliman Əmiraslanovun rektorluq dönəmi haqda ŞOK İDDİALAR




Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun TQDK-dakı adamı vasitəsilə qəbula da əli girib və Əmiraslanov istədiyi adamın rəhbərlik etdiyi universitetə qəbul olunmasını təmin etmək imkanında olub.

Bu sensasion iddia ilə bağlı AFN-ə göndərilən yazıda iddia edilir ki, onun dövründə Tibb Universitetinin müalicə fakultəsinə qəbulun qiyməti 100 min manat civarında imiş: "Digər fakültələrin də təbii ki, öz qiyməti olub. Son günlər millət vəkili, Azərbaycan Tibb Universitetinin sabiq rektoru Əhliman Əmiraslanovun və onun oğlu Azər Əmiraslanovn adı ölkə mətbuatının diqqət məkzindədir. Bu yaxınlarda isə Vüqar Bağırov adlı Bakı sakininin ölkə mətbuatında Azərbaycan prezidenti İlham Əliyevə müraciəti dərc olunmuş və bu müraciət ictimaiyyətdə geniş əks-səda doğurmuşdu. Həmin müraciətdə şikayətçi Əhliman Əmiraslanovun oğlanlarını fırıldaqçılıqda ittiham edərək, onu aldadaraq bir neçə milyon vəsait aldığını və geri qaytarmaq istəmədiyini iddia edirdi".
Ə.Əmiraslanovun Tibb Universitetinin rektoru olduğu illərdə yol verdiyi böyük korrupsiya əmməlləri ilə bağlı da qeyd edilən məlumatda məqamlar var. Bildirilir ki, Elçibəy tərəfindən bu ali təhsil ocağına rektor təyin olunan Əhliman Əmiraslanov Heydər Əliyevin prezidentliyi dönəmində vəzifəsini saxlamaq üçün mərhum deputat Səfiyar Musayevin vasitəsi ilə bir sıra vəzifəli şəxslərə külli miqdarda pul verib. İddiaya əsasən, məhz mərhum deputat Səfiyar Musayevin və bir sıra yüksək vəzifəli şəxslərin lobbiçiliyi nəticəsində Əhliman Əmiraslanov uzun müddət Tibb Universitetinə rəhbərliyi əlində saxlaya bilib.
Ümumiyyətlə isə yazıda qeyd edilir ki, Əhliman Əmiraslanov belə işlərdə çox səriştəlidir: "O, 2014-cü ildə səhiyyə naziri təyin olunması üçün lobbiçiliyini həyata keçirən şəxslərə 10 milyon dollar pul veribmiş, lakin pulu alan şəxs Əmiraslanovu nazir təyin etdirə bilməyib, əvəzində deputat seçiləcəyini, oğlunu isə nazir müavini təyin etdirəcəyini bildirib. Pulu alan adam çox nüfuzlu şəxs olduğundan Əmiraslanov ona etiraz bildirə bilməyib".
Bu qədər pulu Əhliman Əmiraslanovun necə qazandığına aydınlıq gətirilən materialda daha sonra qeyd edilir ki, həmin pulları Əmiraslanov rektor olduğu illərdə topladığı külli miqdarda rüşvət hesabına qazanıb: "Yəni faktiki olaraq, Tibb Universiteti Əmiraslanovun alverxanasına çevrilib. Hər sessiyaqabağı tələbələrdən külli miqdarda pul yığılırmış və bu məbləğ hər semestrdə 100 min manatlarla ölçülürmüş. TQDK-dakı adamıyla birlikdə Əhliman Əmiraslanov Tibb Universitetinə qəbul zamanı hər il milyonlar qazanıb və uzun illər boyu bu prosses davam edib".
Universitetin Onkoloji və Tədris-Cərrahiyə klinikalarında pasiyentlərin başına açılan oyunlar barədə KİV-də kifayət qədər məlumat verildiyindən bu barədə qeyd edilənləri yazmağı artıq hesab edirik. Lakin məlumatda bildirilir ki, Əhliman Əmiraslanovun dövründə universitetin Stomatoloji klinakasında baş verənlərdən hər kəs cana doyub: "Sən demə, hörmətli deputat klinikanın stomatoloji kabinetlərinin icarəsi üçün lap “Sədərək”, “Binə” bazarlarında olduğu kimi, bazar tarifləri müəyyən edibmiş. Bir kabinetin aylıq icarə qiyməti 5 min AZN imiş. Ancaq əvvəlcədən 20 min AZN ödənməli, kabinet icarəyə götürənin öz hesabına təmir olunmalı, avadanlıqla təchiz edilməli imiş. Kabinetdən çıxdıqda isə həmin 20 min AZN geri qaytarılmırdı. Təbii ki, bütün bu məbləğlər sənədləşdirilmir, heç bir mühasibat sənədlərində göstərilmir və nəticədə cənab Əmiraslanov vergidən yayınaraq dövlət büdcəsindən vəsait yayındırırmış".

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu