“AAAF Park” və ya “PALÇIQ Park”?- VİDEO



Xırdalanda yerləşən “AAAF Park” yaşayış kompleksinin bərbad yollarında insanlar bir yana, heç maşınlar da hərəkət edə bilmir.

Yeniçağ.Az xəbər verir ki, reklamlarda tərifi göylərə qaldırılan, kifayət qədər geniş ərazini əhatə edən “AAAF Park” yaşayış kompleksinin çala-çuxur yolları yağıntılı havalarda daha da keçilməz olur. Videomaterialdan göründüyü kimi kompleksin ərazisindən keçən yolda yaranmış gölməçələr avtomobillərin hərəkətini xeyli çətinləşdirir. Tikintisi başa çatan və ya hələ də davam edən binalardakı mənzillərini satmaq üçün cəlbedici reklamlarına ara verməyən kompleks rəhbərliyi yol probleminə hələ də göz yumur.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu