Yanvar ayında Azərbaycan əhalisi mobil rabitəyə 64 milyon manat xərcləyib



Cari ilin yanvar ayı ərzində informasiya və rabitə müəssisələri 127,8 mln. manatlıq xidmət göstərib ki, onun da 71,3%-i əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 2,3% azalıb, bu sahədə əldə edilmiş gəlirin 79,8%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 50,0%-i və ya 63,9 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Azərbaycan əhalisinin uşaqlı-böyüklü 10 milyon nəfərə yaxın olduğunu nəzərə alsaq, adambaşına mobil rabitəyə təxminən 7 manat xərcləmişik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu