Ohanyan milyonları mənimsəyib- Həbslər olacaq



Ermənistan Hərbi Prokurorluğu keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı yoxlamalara başlayıb.

Ermənistanın “Jamanak” qəzeti artıq Ohanyanın ordudan milyonlarla dolları mənimsəməsi haqqında faktların əldə olunduğunu yazıb. Tezliklə, eks-nazirə qarşı cinayət işi açılacağı və həbslər olacağı bildirilir.

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan Seyran Ohanyanı istefaya göndərəndən sonra o, müxalifətə keçib. Ermənistan mətbuatının iddiasına görə, eks-nazirlə prezident arasında inciklik yaşanıb. Üstəlik, Ohanyan Viktor Dəlləkyanın yaratdığı yeni partiyada rəhbər vəzifəyə gətirilib. Bu partiya isə özünün bütün maliyyəsini Rusiyadan alır. Lakin Dəlləkyan artıq Ohanyanın yanından uzaqlaşıb. Eləcə də Ohanyanın qoşulduğu Ohanyan-Ovanisyan-Oskanyan bloku da artıq maliyyə sıxıntıları yaşamağa başlayıb. (axar.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu