Salyanda üç yaşlı qız süd qazanına düşərək yanıb



Fatimə Nəsirova ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib

Salyan rayonunda üç yaşlı qız yanıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Əlövsət Quliyev küçəsi bina 2, mənzil 1 ünvanında qeydə alınıb.
Belə ki, həmin ünvanda yaşayan 2014-cü il təvəllüdlü Fatimə Nahid qızı Nəsirova süd qazanına düşüb. Nəticədə üz nahiyəsindən yanıq xəsarətləri alan uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
O, xəstəxanada ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu