Saxta MTN-çilərə hökm oxundu



Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Ramil Qədimov, Vüqar Həsənov və Nurlana Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Qədimov 6 il, V.Həsənov isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

N.Hüseynova barəsində isə 3 il sınaq müddəti təyin edilməklə ona şərti cəza verilib. Qeyd edək ki, V.Həsənov R.Qədimov ilə birlikdə qrup yaradaraq Yaşar Babayevə hədə-qorxu gəliblər. R.Qədimov özünü ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Elnur adlı vəzifəli şəxsi kimi təqdim edərək Yaşar Babayevdən külli miqdarda pul tələb edib. Y.Babayevin hüquq-mühafizə orqanlarına etdiyi şikayətdən sonra təqsirləndirilən şəxslər tutulub. V.Həsənov və R.Qədimovun barəsində həbs qətimkan tədbiri, N. Hüseynova barəsində isə başqa yerə getməmək barədə qəti imkan tədbiri seçilib.
Həmin şəxslər Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu