Britaniyada “Maqnitski qanunu”: insan haqlarını pozanların əmlakı həbs olunacaq



Böyük Britaniyanın İcmalar palatası çərşənbə axşamı, fevralın 21-də “Maqnitski düzəlişi”ni təsdiq edib. Bu qanun ölkə rəhbərliyinə imkan yaradır ki, dünyanın istənilən nöqtəsində insan haqlarını pozan xarici ölkə vətəndaşlarının əmlakına həbs qoysun.

Virtualaz.org CNBC telekanalına istinadən xəbər verir ki, parlament üzvləri qanun layihəsinə yekdilliklə səs veriblər.

Xatırladaq ki, Sergey Maqnitski 2009-cu ildə Moskvadakı “Matrosskaya tişina” adlanan həbsxanada dünyasını dəyişmiş auditordur. O, “Hermitage Capital Management” fondunun vergidən yayınma hallarının araşdırılması üzrə cinayət işi çərçivəsində həbs edilib. Mərhum auditorun həmkarları əmindirlər ki, Rusiya hakimiyyəti Maqnitskidən 230 milyon dollarlıq korrupsiya sxeminin ifşa edilməsinə görə qisas alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu