ATMU -da xarici universitetlərdə təhsil alan tələbələrlə görüş keçirilib




Fevralın 21-də Azərbaycan Turizm və Menecment Universitetində beynəlxalq layihələr və əməkdaşlıq proqramları çərçivəsində dünyanın nüfuzlu universitetlərində bir semester təhsil alıb qayıdan tələbələrlə görüş keçirilib. ATMU-nun rektor əvəzi s.ü.f.d.,dos. Eldar Aslanov bu şansdan faydalanan tələbələrin yaxın gələcəkdə əmək bazarında universitet məzunu kimi layiqli yer tuta biləcəklərinə inandığını bildirib.

ATMU-nun mətbuat xidmətinin məlumatına görə, universitetin 14 nəfər tələbəsindən 2 nəfər Türkiyə Respublikasının Sakarya və Akdeniz universitetində, 2 nəfər tələbəsi Erasmus+ proqramı çərçivəsində Orta Doğu Texnik Universitetində , 2 nəfər Finlandiya Respublikasının Kajaani Tətbiqi Elmlər Universitetində, 2 nəfər Almaniya Federativ Respublikasında fəaliyyət göstərən Yade Tətbiqi Elmlər Universiteti ilə imzalanan ikili əməkdaşlıq müqaviləsinə əsasən adıçəkilən universitetdə, 6 nəfər tələbə isə Türkiyə Respublikasının Kastamonu Universiteti ilə imzalanmış ikili əməkdaşlıq müqaviləsinə əsasən adıçəkilən universitetində təhsil alıb. Yeni tədris ilində də ATMU tələbələrindən bir çoxunun xarici universitetlərdə müxtəlif ixtisaslar üzrə təhsil almaları nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu