Tanınmış jurnalist UNİBANK və məhkəmə qanunsuzluğu ilə üzləşib- BİABIRÇILIQ



Tanınmış jurnalist Xəqani Səfəroğlu UNİBANK və məhkəmə qanunsuzluğu ilə üzləşib. Bu barədə o, özünün facebook səhifəsində yazıb.

X.Səfəroğlu yazır:

“Əziz dostlar, dünən yazdığım kimi, "UniBank" dollar krediti ilə bağlı məni məhkəməyə verib. Mən də bu gün bu işin hüquqi tərəflərini müəyyənləşdirmək üçün işə başlamışam. Bir sıra məqamları aydınlaşdırdıqdan sonra məhkəmə adına yaraşmayan məsələləri üzə çıxarımışam. Ölkənin məhkəmə hakimləri bankların mənafeyi naminə dollar kreditinin devalavsiya faizləri altında inidləyən vətəndaşlara açıq-aydın divan tutmaqla məşğuldurlar...Bu məsələni bildikdən sonra bank borcları ilə bağlı intiharların səbəbi mənə aydın oldu: Məhkəmlər QANUNU ayaqlar altına ataraq, heç bir xəbərdarlıq etmədən, müvafiq maddələri kobud şəkildə pozaraq gizli şəkildə bankların xeyrinə məhkəmə qərarları qəbul edir. Halbuki, belə qərarların qəbulu üçün xüsusi qayda var. Bu qayda xalqdan gizlədilir. Bu, xüsusi bir metoddur. Diqqət edin: Məhkəmə xəbər vermədən əmr qaydasında prosesi aparır. Bu zaman borcluya heç bir xəbər verilmir, qərar mətni ona göndərilmir. Əvəzində borcun ödənilməsi barədə icra sənədini ədliyyə icraçılarına yönəldirlər. Halbuki, qanuna görə, vətəndaşın məhkəmə əmrini RƏDD ETMƏK hüququ var. Qanun bunun üçün vətəndaşa 10 gün vaxt verir. Bu vaxtı ötürmək üçün məhkəmə qərarları bilərəkdən borcluya göndərilmir.

Lənkəran məhkəməsi də bu metoddan istifadə edərək mənimlə bağlı qərar qəbul edib. Bununla bağlı araşdırma yazım olacaq. Hazırda faktları toplayıram. Əhalinin hüquq sahəsində kütləvi savadsızlığıdan vicdansızcasına istifadə edərək bunu edirlər. Mən bununla bağlı Ədliyyə Nazirliyinə, Məhkəmə -Hüquq Şurasına müraciət etmək niyyətindəyəm.

Proses davam edir. Yaxın günlərdə mətbuat üçün xüsusi açıqlama yayacağam.

“Dollar kreditləri” bank məsələsi deyil. Bu problem siyasi məsələyə çevrilməkdədir. 100 minlərlə insan devalvasiyanın yaratdığı bank borcunun ağır yükü altında zülüm çəkir. İnsanlar narazıdır və problemin həll olunacağını gözləyirlər.
Bununla bağlı dövlət öz mövqeyini bildirməlidir....”




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu