Lənkəranda 57 yaşlı qadını avtomobil vuraraq öldürüb



Lənkəran rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində qeydə alınıb.
Hələlik qəzanın başvermə şəraiti və sürücünün kimliyi məlum deyil. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

57 yaşlı mərhumun üzərindəki sənəddə onun əslən Şamaxı rayonundan olduğu, hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq qəsəbəsində yaşadığı məlum olub. Qadının jurnalist olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu