Suriyada İŞİD-in səhra komandiri öldürülüb



Suriyanın şərqində İŞİD terror qruplaşmasının səhra komandirlərindən biri Əbu Farik əl-Amerikinin meyiti aşkarlanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, onun meyiti Markada yaşayış məntəqəsinin bazarında tapılıb.

Əbu Farik əl-Amerikinin kim tərəfindən öldürüldüyü məlum deyil. Məlumata görə, bu yaxınlarda Suriyanın şərqində naməlum şəxslər tərəfindən İŞİD-in bir neçə yüksək rütbəli üzvü qətlə yetirilib. Ehtimala görə, onları terrorçuların özləri də öldürə bilərdi.

Qeyd edək ki, Əbu Farik əl-Amerikinin ABŞ vətəndaşı olduğu bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu