İstefaya göndərilən generallar yenidən DİN-ə qaytarılır




Ötən həftə yaş senzi ilə bağlı vəzifəsindən azad edilən və pensiyaya göndərilən polis general-mayoru, DİN-in Baş istintaq idarəsinin rəisi Sərvər Mehrəliyevə yenidən vəzifə verilib.

Virtualaz.org-a məlum olub ki, general Mehrəliyev bu dəfə daxili işlər naziri Ramil Usubovun müşaviri təyin olunub.

Bundan əlavə, istefaya göndərilmiş daha bir general DİN-ə qaytarılıb. Bu, ötən ay pensiyaya göndərilən, Bakı şəhər Baş polis idarəsinin rəis müavini, general-mayor Həsən Şirinovdur. Maraqlıdır ki, Bakı şəhər Baş polis idarəsinin rəisi postu ləğv edilib və onun yerində yeni vəzifə-Bakı şəhər Baş polis idarəsinin rəisinin köməkçisi vəzifəsi yaradılıb. Həmin vəzifəyə Həsən Şirinov təyin olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu