Xocalı faciəsi “Park Cinema”nı dayandırmadı- FOTOFAKT




Bu il Xocalı faciaəsindən 25 il ötür. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törədilib. Nəticədə 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb.

Hər il bu gün ölkəmizdə və xaricdə Xocalı qətliamının qurbanları yad edilir, müxtəlif anım tədbirləri və aksiyalar keçrilir. Həmçinin ölkə ərazisində bütün əyləncəli tədbir və proqramlar təxirə salınır, hətta idman yarışları belə keçrilmir.

Amma təəssüf ki, bəziləri öz vətəndaşlıq borcunu unudur, faciəvi gündə də pul qazanmaq şakərindən əl çəkmir. Belələrindən biri də “Park Cinema” kinoteatrlar şəbəkəsidir.

Sabah xalqımız Xocalı faciəsinin 25-ci ildönümünü qeyd edəcək. "Park Cinema" isə belə bir gündə öz tamaşaçılarına komediya janrlı filmləri izləməyi təklif edir.

Bütün kinoteatırlar fevralın 26-sı komediya və əyləncəli filmlərin nümayişindən imtina edib. Xocalı faciəsi kimi XX əsrin ən qanlı hadisələrindən biri yalnız “Park Cinema”nı komediya janrlı filmləri nümayiş etməkdən çəkindirməyib. Belə ki, sabah “Park Cinema”da animasiyalı musiqili komediya janrında çəkilən “Şöhrət yolu” filmi nümayiş olunacaq və filmi izləmək üçün bilet satışı elan olunub. “Park Cinema" bu addımla təkcə tamaşaçılarına yox, Xocalıya, düşmən vəhşiliyinin qurbanı olmuş bütün soydaşlarımızın ruhuna, bütövlükdə bütün Azərbaycan xalqına hörmətsizlik edir. (qaynarinfo.az)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu