Bərdədə ağır yol qəzası: 2 ölü, 4 yaralı var




Bərdədə ağır yol qəzası baş verib.

Hadisə rayonun Küçərli adlanan ərazisində baş verib. “VAZ 2106” və “Jeep” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-da olan iki nəfər, Bərdə rayon Kətəlpara kənd sakinləri, 1997-ci il təvəllüdlü Kərimov Təbriz Nadir oğlu və 1998-ci il təvəllüdlü Abdullayev Rahib Knyaz oğlü ölüb.

Qəza nəticəsində 4 nəfər yaralanıb. Bunlar Bərdə rayonu Kətəlpara kənd sakini, 1993-cü il təvəllüdlü Yəhyayev Orxan Rəhbər oğlu və Ağdam rayonu, Maqsudlu kənd sakinləri, 2004-cü il təvəllüdlü Rəhimov Fərid Behbud oğlu, 2010-cu il təvəllüdlü Rəhimov Rəmzi Rəşad oğlu və 1973-cü il təvəllüdlü Rəhimov Behbud Sahib oğludur.

Qəzanın səbəbləri araşdırılır. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu