Sabah Bakıda yağış, dağlarda qar yağacaq




Martın 24-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə az yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun yarımadada gecə 3-6° isti, gündüz 9-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq yerlərdə qar yağacağı, gündüz qərb rayonlarından başlayaraq yağışın tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu