Minlərlə turistin keçdiyi yolda biabırçılıq- VİDEO




Qobustan Milli Tarix Bədii Qoruğuna (Muzeyə) gedən yolda hərəkətin təşkilində böyük problem var. Həmin ərazidəki nişanları və nişanlanma xəttini sanki eramızdan əvvəlki insanların təfəkkürünə uyğun təşkil ediblər.

AFN xəbər verir ki, Avtosfer.az həmin ərazidə çəkiliş aparıb. Videoya baxanda görürük ki, Muzeyə gedən yolla yataqlara gedən yolun kəsişməsində lazımsız yerə “stop” nişanı qoyublar və ardınca “stop” nişanı təkrarlanıb. Yerə isə 1.1 xəttini (düz xətti) elə çəkiblər ki, həmin yerdən düzünə getmək olmur.
Həmin ərazini keçdikdən sonra düz yolda yenə “stop” nişanı qoyulub, amma bilinmir ki, o nişanı niyə qoyublar. Həmin “stop” nişanından sonra yerə qanunsuz olaraq süni maneə (tramplin) qoyulub ki, bunun da heç bir məntiqi izahı yoxdur. Hərəkətin təşkili ilə bağlı BDYP-ya və “Azəravtoyol” ASC-yə hər hansı bir təklif verəndə həmin qurumlar tərəfindən bildirirlər ki, büdcədə vəsait yoxdur. Bu nişanların yola lazımsız olaraq səpələndiyini görəndə həmin qurumlara bir sual yaranır: Bəs sizin büdcədə vəsait olsa, bu yolda “stop” nişanlarının sayı təxminən neçə dəfə artar?
Nəzərə almaq lazımdır ki, Qobustan qayalarına gedən yol sıradan bir yol deyil. İl ərzində xaricdən gələn minlərlə turist burani ziyarət edir. Və onlarda belə bir təəssürat yaranır ki, burada yol hərəkətini də qədim dövrlərdəki kimi təşkil edirlər...

[media=https://www.youtube.com/watch?v=J8pF5JFL0DA]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu