İsveçlilərə Novruz bayramı haqqında məlumat verilib- FOTOLAR




İsveçin Stokholm şəhərinin mərkəzi icra hakimiyyətində "Azərbaycan adətlər, ənənələr diyarı" adlı təqdimat keçirilib. Təqdimatı icra hakimiyyətinin sosial departamentinin əməkdaşı həmvətənimiz Leyla Kiani keçirib.



Leyla Kiani ölkəmizdə Novruzun gəlişi,milli dəyərlərimiz,musiq və incənətimiz haqqında isveçlilərə ətraflı məlumat verib.
Təqdimatda eləcə də Qafqaz regionundakı gərkinlik,erməni işğalçılarının vətənimizin 20 faiz torpaqlarının işğalına toxunulub. İsveçlilərin böyük marağına səbəb olan təqdimat ölkəmiz haqqında broşuralar,kitablar,turizm haqqında bukletlər və s.dinləyicələrə paylanılıb.
İştirakçılara Novrun ən ləziz şirniyyatları ikram olunub.

Marie Klements, Hans Hoffman Robin Fogelberg və başqaları gələcəkdə də belə tədbirlərin keçirilməsinin önəmini vurğulayaraq,məmnunluqlarını bildiriblər. Tədbirin sonunda V.Mustafazadənin " Düşüncə" və Alim Qasımovun ifasında muğam musiqisi səsləndirilib.

Elnur Eltürk








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu